02 fevral 2017, 16:00

Məhəmməd Məmmədov və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Ötən ilin aprelində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum nəticəsində minlərlə hektar ərazimizin işğaldan azad edilməsinə, həmçinin Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndində bərpa işlərinin görülməsi ilə əlaqədar Sərəncam verdiyinizə görə Sizə təşəkkürümüzü bildiririk.

Cənab Prezident, biz üçrəngli bayrağımızı bu gün Cocuq Mərcanlıya sancdıqsa, sabah onu Şuşada, Xankəndidə dalğalandıracağıq. Sizin Ali Baş Komandanı olduğunuz Azərbaycan Ordusu buna qadirdir.

Hörmətlə,

Məmmədov Məhəmməd Əbdürrəhman oğlu

Xankişiyeva Rahilə Həsən qızı

Məmmədli Əli Məhəmməd oğlu

Əmiraslanov Ramin Əliaslan oğlu və başqaları, Cəbrayıl rayonundan məcburi köçkünlər.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi.