Gerb

09 fevral 2017, 12:35
W1siziisijiwmtcvmdivmdkvmzhrc2x1m3rhnl9oqu1fnjm4ns5kuecixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=745acf1fc09802d6

Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisi Alan Desteksi qəbul edib.

Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin 15 ildən çoxdur davam etdirildiyini qeyd edən dövlətimizin başçısı ölkəmizin Avropa strukturları ilə yaxşı əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq bu günlərdə Avropa İttifaqındakı mühüm və səmərəli görüşlərini xatırladı.

Görüşdə ölkəmizin daha da müasirləşdirilməsi və demokratikləşməsi istiqamətində atılan addımlar, həyata keçirilən islahatlar və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı görülən işlərdən danışıldı, Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.


Böyük ölçüdə