09 fevral 2017, 13:10

Rüstəm Məlikovdan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Sərəncamınızla Babazanan yaşayış massivini Salyan şəhər mərkəzi ilə birləşdirən, Kür çayı üzərində yeni körpünün tikilərək istifadəyə verilməsi biz sakinlərin ürəyincə oldu. Hər gün zəruri ehtiyacları ödəmək və işə getmək üçün uzunluğu 200 metrdən çox olan körpüdən keçən 6 min nəfərə yaxın sakin Sizin rəhbərliyinizlə ölkəmizin iqtisadi qüdrətinin daha da inkişaf etdiyinin şahidi olur.

Cənab Prezident, bu soyuq qış günlərində insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərdiyiniz diqqətə görə Babazanan yaşayış massivinin sakinləri adından Sizə təşəkkür edir və işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,      

Məlikov Rüstəm Sadıq oğlu,

“Tərəqqi” medallı.

Azərbaycan Respublikası, Salyan rayonu, Babazanan yaşayış massivi.