17 fevral 2017, 12:20

Zəminə Quliyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin təşəbbüsünüz və səyiniz nəticəsində Pirallahı rayonu gündən-günə çiçəklənir və gözəlləşir. Son illərdə Pirallahıda aparılan abadlıq-quruculuq işləri, qəsəbədaxili avtomobil yollarının yenidən qurulması, yeni körpünün istifadəyə verilməsi rayonumuza və onun sakinlərinə qarşı xüsusi diqqətinizin göstəricisidir. Sizin Sərəncamınızla rayonumuzda yüksək texnologiyalar və sənaye parklarının yaradılması yeni iş yerlərinin açılmasına səbəb olacaqdır.

Cənab Prezident, bütün bunlara görə Sizə təşəkkür edir, çətin və şərəfli işinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Quliyeva Zəminə Minatxan qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.