Gerb

18 fevral 2017, 12:15

Hörmətli cənab Prezident,

Mən uzun müddət müxtəlif vəzifələrdə işləmişəm. Hazırda təqaüddəyəm. Yaşadığım Qazax rayonunun görkəminin son vaxtlar dəyişməsi, hər yerdə səliqə-sahmanın yaradılması, abadlıq işlərinin həyata keçirilməsi, binaların təmir olunması bizi çox sevindirir. Bu yaxınlarda mənim yaşadığım binada və ətraf ərazilərdə də əsaslı təmir işləri aparıldı. Bu, bizə böyük sevinc bəxş etdi. 

Hörmətli cənab Prezident, bütün bunlar məhz Sizin həyata keçirdiyiniz uğurlu daxili siyasətiniz nəticəsində baş verir. Mən də hər zaman Sizin daxili və xarici siyasətinizi dəstəkləyir, Sizə sonsuz təşəkkürümü bildirirəm. Allah Sizi qorusun.

Hörmətlə,

Eyvazova Rəhilə Bilal qızı.

Azərbaycan Respublikası, Qazax rayonu.