18 fevral 2017, 13:05

Ramilə Həmidovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi – ümummilli liderimiz dahi Heydər Əliyevin layiqli siyasi varisini, Azərbaycanı regionun lider dövlətinə, dünyanın iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkəsinə çevirən, zamanın təlatümlü, dərin böhranlı dövründə Vətənimizdə ictimai-siyasi sabitliyi bərqərar edən Prezidentimizi sevir, yürütdüyünüz daxili və xarici siyasətinizi ürəkdən bəyənir və təqdir edirik.

Biz sumqayıtlılar böyük qürur hissi keçirik ki, Sizin daimi diqqət və qayğınız sayəsində respublikamızda geniş vüsət almış tikinti-abadlıq işləri, sosial-iqtisadi inkişaf, müasirlik yarışında şəhərimiz ön sıralarda dayanır.

Cənab Prezident, inanırıq ki, Sumqayıtımız yaxın gələcəkdə bundan da gözəl və yaraşıqlı olacaqdır.

Hörmətlə,

Həmidova Ramilə.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.