Gerb

20 fevral 2017, 11:30

Çox hörmətli Prezident,

Sizə öz adımdan və ailəm adından böyük sevgi və ehtiramla dərindən təşəkkür edir, səmimi minnətdarlığımı bildirirəm.

Oğlum İsaq Abbaszadə yüksək nəticə ilə ali məktəbi bitirmiş, vətənimizin keşiyində dayanaraq hərbi xidmətini ləyaqətlə başa vurmuş və bu günlərdə öz ixtisası üzrə işlə təmin olunmuşdur. Bu, Sizin gənclərə yetirdiyiniz böyük diqqət və qayğının nəticəsidir.

Cənab Prezident, Allah Sizi və ailənizi qorusun! Əminəm ki, övladlarımız, yeni gənc nəsil Azərbaycanımızın gələcək inkişafına layiqli töhfələr verəcək.

Hörmətlə,

Abbasov Rəhim

Azərbaycan Respublikası, Sabirabad rayonu, Moranlı kəndi.