20 fevral 2017, 11:50

Xalid İsmayılovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən Azərbaycan Respublikasının vətəndaşı və silahlı qüvvələrin zabiti kimi bizə yaratdığınız şəraitdən, göstərdiyiniz qayğıdan razılığımı bildirmək istəyirəm.

Sizin qəbul etdiyiniz qərarları həmişə dəstəkləyir və onların icrasında üzərimə düşən işlərin yerinə yetirilməsinə çalışıram. Sizin Ali Baş Komandanlığınız altında və ordumuzun, əsgərlərimizin qəhrəmanlığı sayəsində strateji Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi, nəticədə Cocuq Mərcanlı kəndinin təhlükəsizliyinin təmin olunması, kənddə bərpa işlərinə başlanması bizi daha da ruhlandırır. Bu hadisə torpaqlarımızın azad olunması yoluna bir mayak kimi işıq salır.

Cənab Prezident, Sizə bu yolda uğurlar arzulayıram.

Hörmətlə,

İsmayılov Xalid İmanverdi oğlu

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.