21 fevral 2017, 13:00

Təyyar Şirinov və başqalarından, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident,

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığınız Sərəncam bizi ürəkdən sevindirir. Rayonumuza qayıdacağımız günü böyük səbirsizliklə gözləyirik.

Cənab Prezidentimiz, bu sevinci bizə yaşatdığınız üçün Sizə minnətdarlığımızı bildiririk. Əminik ki, bir qarış torpağımız belə işğal altında qalmayacaqdır. Allah köməyiniz olsun.

Cəbrayıl rayonundan olan məcburi köçkünlər adından dərin hörmətlə,

Şirinov Təyyar Vəli oğlu

Abbasov Zülfüqar Quşdan oğlu

Musayev Yaqub Allahverdi oğlu

İsmayılov Xalid Əhliman oğlu və başqaları.

Azərbaycan Respublikası, Biləsuvar rayonu.