22 fevral 2017, 14:10

Varaşil Məmmədovdan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident,

Siz məcburi köçkünlərin problemlərinin həllini həmişə diqqət mərkəzində saxlamısınız. Yaşayış vəziyyətimizi nəzərə alaraq müvafiq Fərmanınızla kommunal haqlarının ödənilməsində dəyişiklik etməyiniz bizi hədsiz sevindirdi.

Cənab Prezident, buna görə Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Biz hər zaman Sizinləyik. Ulu Tanrı Sizi qorusun.

Laçınlı məcburi köçkünlər adından dərin hörmət və ehtiramla,

Məmmədov Varaşil Cəlil oğlu.

Azərbaycan Respublikası, Abşeron rayonu.