Gerb

22 fevral 2017, 14:15

Möhtərəm cənab Prezident,

Ulu öndərimiz Heydər Əliyevin uğurlu siyasətini davam etdirərək, Siz həmişə məcburi köçkünlərə diqqət və qayğı göstərmisiniz. Məcburi köçkünlərin kommunal ödənişlərində dəyişiklik edilməsi barədə Fərmanınız da bu qayğının bariz nümunəsidir. Bu Fərman bütün məcburi köçkünlər kimi, bizi də sevindirdi.

Cənab Prezident, göstərdiyiniz qayğı və diqqətə görə şuşalı məcburi köçkünlər adından Sizə dərin təşəkkürümüzü bildiririk. Əmin olun ki, məcburi köçkünlər Sizin siyasətinizi daim dəstəkləyirlər. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq. Allahdan arzu edirik ki, Sizin apardığınız uğurlu siyasət nəticəsində tezliklə doğma Şuşamıza qovuşaq.

Şuşa rayonundan olan məcburi köçkünlər adından hörmətlə,

Aslanova Natiqə Müzəffər qızı

Əhmədova Turan Fəzail qızı

Əliyeva Naimə Bəylər qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.