23 fevral 2017, 12:10

Almaz Abdüləliyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Laçın rayonundan olan bütün məcburi köçkünlər adından Sizə dərin təşəkkürümüzü bildiririk. Məcburi köçkünlərin kommunal ödənişləri ilə əlaqədar bu yaxınlarda verdiyiniz Fərmanınızı alqışlayırıq. Bu Fərman bizi ürəkdən sevindirdi.

Cənab Prezident, hər zaman olduğu kimi, bu dəfə də Siz məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına hesablanmış zəruri qərar qəbul etdiniz. Allah bütün işlərinizdə köməyiniz olsun.

Laçınlı məcburi köçkünlər adından dərin hörmətlə,

Abdüləliyeva Almaz Bəxtiyar qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.