23 fevral 2017, 12:40

Qədim Abdullayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Siz məcburi köçkünlərdən diqqət və qayğınızı heç vaxt əsirgəmirsiniz. Kommunal xidmət haqlarının ödənişində dəyişiklik edilməsi barədə verdiyiniz son Fərmanınızı böyük sevinc hissi ilə qarşıladıq.

Cənab Prezident, buna görə Sizə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, apardığınız uğurlu siyasət nəticəsində torpaqlarımız tezliklə işğaldan azad olunacaqdır.

Bu işdə Sizə uğurlar arzulayırıq. 

Hörmətlə,

Abdullayev Qədim Muxtar oğlu,

Şuşa rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.