23 fevral 2017, 12:40

Elnur Pirverdiyev və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar verdiyiniz Sərəncamınıza görə ailələrimiz adından Sizə minnətdarlığımızı bildiririk.

Nəhayət ki, biz öz doğma rayonumuza qayıdırıq. Bütün məcburi köçkün bacı və qardaşlarımıza bu sevinci yaşamağı arzu edirik. Gün o gün olsun ki, işğaldan azad ediləcək digər kənd və qəsəbələrimizin bərpası ilə əlaqədar belə sərəncamlar imzalayasınız.

Cənab Prezident, biz Sizin uğurlu siyasətinizi daim dəstəkləyir və hər zaman Sizinlə olduğumuzu bildiririk.

Cəbrayıl rayonunun Hovuslu kəndindən olan məcburi köçkünlər adından dərin hörmətlə,

Pirverdiyev Elnur Uğurlu oğlu

Həsrətova Hüsnü Fərhad qızı

Məmmədova Südabə Müseyib qızı və başqaları.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.