23 fevral 2017, 12:50

Elman Hüseynov və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

“İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Möhtərəm Prezident, neçə illərdir bizi inlədən həsrətimizə son qoydunuz. Çox şadıq ki, öz yurdumuza, doğma ocağımıza dönürük. Bu Sərəncamınıza görə bir daha Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.  Cəbrayıl rayonundan olan məcburi köçkünlər adından dərin

hörmətlə,

Hüseynov Elman

Xəlilova Zahidə

Məhərrəmov Ramiz

Əsədov Nəriman və başqaları.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.