23 fevral 2017, 13:00

İbrahim Əliyevdən, Ağstafa, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə Mehriban xanım Əliyevanın təyin edilməsi bizim ürəyimizdə saxladığımız arzunun həyata keçməsidir. Ötən il referendum başa çatdıqdan sonra çoxlarımız arzu edirdik ki, vitse-prezident vəzifəsinə ulu öndər Heydər Əliyev məktəbinin ən layiqli nümayəndələri təyin edilsin.

Ölkə başçısı kimi ağır və məsuliyyətli işinizdə, ölkəmiz çətin sınaqlarla üz-üzə qaldığı vaxtlarda Mehriban xanım bir Azərbaycan qadını, həyat yoldaşı və silahdaş kimi daim Sizin yanınızda olmuş, dövlətimiz və xalqımızın rifahı naminə əlindən gələni əsirgəməmişdir.

Ağstafa ziyalıları adından bir daha Mehriban xanımı təbrik edir və Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Əliyev İbrahim Məmmədrza oğlu,

jurnalist, “Qızıl qələm” mükafatı laureatı. 

Azərbaycan Respublikası, Ağstafa rayonu.