Gerb

23 fevral 2017, 21:25

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 42.2-ci maddəsinə əsasən qərara alıram:

1. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 872; 2008, № 3, maddələr 169,186, № 5, maddə 364, № 6, maddələr 483, 504, № 12, maddə 1057; 2009, № 2, maddələr 59, 69, 73, № 5, maddə 321, № 6, maddə 421; 2010, № 2, maddə 80, № 3, maddələr 180, 184, 193, № 6, maddə 494, № 7, maddə 606, № 8, maddələr 716, 725, № 10, maddə 849; 2011, № 6, maddə 512, № 9, maddə 792; 2012, № 3, maddə 200, № 5, maddə 421, № 10, maddə 951, № 11, maddə 1117, № 12, maddə 1238; 2013, № 2, maddə 108, № 4, maddələr 370, 372, 376, № 9, maddələr 1045, 1059, № 12, maddə 1520; 2014, № 4, maddə 363, № 7, maddələr 808, 809, 814, № 9, maddə 1066, № 11, maddələr 1379, 1425, № 12, maddə 1566; 2015, № 5, maddələr 523, 534, № 6, maddələr 698, 703, № 10, maddə 1119) ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. inzibati xətalar haqqında işlərə “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxs adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Bu Fərmanla təsdiq edilən Siyahının 1-ci hissəsində nəzərdə tutulmuş mərkəzi və yerli icra hakimiyyəti orqanları həmin hissədə göstərilən vəzifələrə uyğun olaraq inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərinin siyahılarını iki ay müddətində təsdiq edib öz internet səhifələrində yerləşdirsinlər.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2017-ci il.

 

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 23 fevral tarixli Fərmanı ilə

təsdiq edilmişdir

 

                                   İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin

                                                                                 SİYAHISI

1. Dövlət qulluğu haqqında qanunvericiliyin şamil edildiyi mərkəzi icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti orqanları adından:

1.1. dövlət orqanının rəhbəri;

1.2. dövlət orqanı rəhbərinin müavini;

1.3. dövlət orqanı aparatının rəhbəri;

1.4. dövlət orqanı aparatının rəhbərinin müavini;

1.5. dövlət orqanı aparatında şöbə müdiri;

1.6. dövlət orqanı aparatında şöbə müdirinin müavini;

1.7. dövlət orqanı aparatında sektor müdiri;

1.8. baş məsləhətçi;

1.9. böyük məsləhətçi;

1.10. mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri, onların müavinləri, şöbə müdirləri (müdir müavinləri), sektor müdirləri, həmin dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələrinin rəhbərləri, onların müavinləri;

1.11. mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbərləri, onların müavinləri, mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri, onların müavinləri, həmin orqanların yerli bölmələrinin rəhbərləri, onların müavinləri.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından:

2.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Məcəllə) 157, 209, 212.1, 227, 266.3, 266.4, 290.1.1 – 290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.8, 323, 327.1 – 327.7, 328 – 331, 332.1 – 332.3, 333.1, 334.1, 335.1 – 335.4, 336, 337.1 – 337.4, 338.1 – 338.6, 339.1, 342.1.1 – 342.1.8, 342.1.10, 342.1.11, 342.2 – 342.7, 343.1, 343.4, 344 – 347, 352.0.1 – 352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1 – 353.4, 353.6, 354.0.1, 354.0.4, 354.0.7, 355 – 358, 428.5, 443.2, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə), 469.3 (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə), 510, 513, 514, 517.0.1 – 517.0.6, 517.0.9 – 517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 566 (şəxsiyyət vəsiqəsinə və ümumvətəndaş pasportuna aid hissədə), 583 – 586, 588, 589, 590.1, 591, 593 və 597-ci (Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslər, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslər (onların vəzifəli şəxsləri və mühafizəçiləri) istisna olmaqla, digər hüquqi şəxslərə (onların vəzifəli şəxslərinə və mühafizəçilərinə) münasibətdə) maddələrində, Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq Məcəllənin 350.1, 517.0.7, 517.0.8, 575 və 577-ci maddələrində, habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 243.0.1 (yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə münasibətdə), 252, 272, 322.0.1, 322.0.7, 342.1.9, 348, 350.2, 352.0.4, 352.0.5, 352.0.7 – 352.0.10, 354.0.2, 354.0.3, 354.0.5, 354.0.6, 354.0.8 – 354.0.10, 430.1, 454 və 455.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri və onun müavinləri;

2.2. Məcəllənin 322.0.2, 322.0.8, 323, 327.1 – 327.7, 329 – 331, 332.1 – 332.3, 333.1, 334.1, 335.1 – 335.4, 336, 337.1 – 337.4, 338.1 – 338.6, 339.1, 342.1.1 – 342.1.8, 342.1.10, 342.1.11, 342.2 – 342.7, 343.1, 343.4, 344 – 347, 350.1 (Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq), 352.0.1 – 352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1 – 353.4, 353.6, 354.0.1, 354.0.4, 354.0.7, 355, 356, 428.5, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində, habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 342.1.9, 348, 350.2, 352.0.4, 352.0.5, 352.0.7 – 352.0.10, 354.0.2, 354.0.3, 354.0.5, 354.0.6 və 354.0.8 – 354.0.10-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) – Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, onun müavinləri, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, ərazi polis orqanlarının dövlət yol polisi idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının dövlət yol polisi bölmələrinin rəisləri, ərazi polis orqanlarının dövlət yol polisi qruplarının rəhbərləri;

2.3. Məcəllənin 327.1 – 327.5, 328, 329.1, 329.2, 330, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş və foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara dair elektron protokoldan (qərardan) Məcəllənin 122.7 və 122.8-ci maddələrində qeyd olunan vəsatət (şikayət) verildikdə, həmin inzibati xətalar haqqında işlərə – Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, onun müvafiq sahəyə cavabdeh müavini, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhərinin rayon polis idarələri (şöbələri) istisna olmaqla, digər ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin (bölmələrinin) rəisləri, dövlət yol polisi qruplarının rəhbərləri;

2.4. Məcəllənin 322.0.2, 322.0.8, 323, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə), 342.1.1 – 342.1.8, 342.1.10, 342.1.11, 342.2, 342.5 – 342.7, 344, 346, 346-1.2 – 346-1.4, 356.1, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla), habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1 və 322.0.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – dövlət yol polisinin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin, dövlət yol polisi idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları;

2.5. Məcəllənin 157, 209, 212.1, 227, 266.3, 266.4, 290.1.1 – 290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 357, 358, 443.2, 510, 513, 514, 517.0.1 – 517.0.6, 517.0.9 – 517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583 – 586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində, Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq Məcəllənin 517.0.7 və 517.0.8-ci maddələrində, habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 243.0.1 (yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə münasibətdə), 252, 272, 430.1, 454 və 455.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri, nəqliyyatda polis idarələrinin, şöbələrinin, xətt bölmələrinin, məntəqələrinin rəisləri, onların müavinləri;

2.6. Məcəllənin 566-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportuna aid hissədə) – Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, onun müavinləri, şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri, pasport, qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələrinin, bölmələrinin, qruplarının rəisləri, baş inspektorları və inspektorları;

2.7. Məcəllənin 575-ci və 577-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq) – Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, onun müavinləri, şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri;

2.8. Məcəllənin 597-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslər, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslər (onların vəzifəli şəxsləri və mühafizəçiləri) istisna olmaqla, digər hüquqi şəxslərə (onların vəzifəli şəxslərinə və mühafizəçilərinə) münasibətdə) – Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, şəhər, rayon polis idarələrinin (şöbələrinin) rəisləri, onların müavinləri;

2.9. Məcəllənin 209, 212.1, 266.3, 266.4, 290.1.1 – 290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 357, 358, 443.2, 513, 514, 517.0.1 – 517.0.6, 517.0.9 – 517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583 – 586, 588, 590.1, 591 və 593-cü maddələrində, Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq Məcəllənin 517.0.7 və 517.0.8-ci maddələrində, habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 243.0.1 (yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə münasibətdə), 252, 272, 430.1, 454 və 455.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – polis sahə rəisləri.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından:

3.1. Məcəllənin 405 (dini qurumlar istisna olmaqla, digər qeyri-kommersiya qurumlarına münasibətdə), 432.1 (fiziki şəxslərə və dini qurumlar istisna olmaqla digər qeyri-kommersiya qurumlarına münasibətdə), 432.4 (qeyri-hökumət təşkilatlarına, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə münasibətdə), 579 – 582 və 598-ci (öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən qeyri-hökumət təşkilatlarına, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə münasibətdə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – ədliyyə naziri, onun müavinləri, Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin rəisi, onun müavini, regional qurumlarının rəisləri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Aparatının Qeydiyyat və notariat şöbəsinin rəisi;

3.2. Məcəllənin 562.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – ədliyyə naziri, onun müavinləri, Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin rəisi, onun müavini, rayon (şəhər) qeydiyyat şöbələrinin rəisləri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Aparatının Qeydiyyat və notariat şöbəsinin rəisi, rayon (şəhər) qeydiyyat şöbələrinin rəisləri.

4. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi adından:

4.1. Məcəllənin 235, 243.0.1 (yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması tələblərinin pozulması hissəsində), 243.0.4, 268, 276, 277, 310 (kiçikhəcmli gəmilərə münasibətdə), 311, 394.0.1 (lisenziya olmadan tikintisinə icazə tələb edilən bina və qurğuların mühəndis-axtarış və ya tikinti-quraşdırma işlərinin aparılması ilə əlaqədar inzibati xətalar haqqında işlərə ), 394.0.3 – 394.0.7, 469.1 (yaşayış binaları, yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortasına və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına münasibətdə), 518, 519, 536 və 543-cü maddələrində, Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq Məcəllənin 228, 233, 243.0.2, 243.0.7 – 243.0.9, 278, 350.1, 517.0.7, 517.0.8, 542 və 555-ci maddələrində, habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 212.2, 342.1.9 və 348-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – fövqəladə hallar naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri və onun müavinləri;

4.2. Məcəllənin 310 (kiçikhəcmli gəmilərə münasibətdə) və 311-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi, onun müavinləri;

4.3. Məcəllənin 212.2 (iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda), 469.1 (yaşayış binaları, yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortasına və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına münasibətdə), 518, 519 və 536-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, onun müavinləri, müvafiq ərazi və regional dövlət yanğın nəzarəti idarələrinin rəisləri, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi;

4.4. Məcəllənin 235 və 268-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi adından, 243.0.1 (yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması tələblərinin pozulması hissəsində), 243.0.4, 276, 277, 348 (iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda) və 543-cü maddələrində, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq 228, 233, 243.0.2, 243.0.7 – 243.0.9, 278, 517.0.7, 517.0.8, 542 və 555-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi adından, 350.1 (Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq), 394.0.1 (lisenziya olmadan tikintisinə icazə tələb edilən bina və qurğuların mühəndis-axtarış və ya tikinti-quraşdırma işlərinin aparılması ilə əlaqədar inzibati xətalar haqqında işlərə) və 394.0.3 – 394.0.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi adından bu Siyahının 1.10-cu bəndində nəzərdə tutulmuş vəzifəli şəxslər baxırlar.

5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi adından:

5.0. Məcəllənin 566-cı maddəsində (xidməti və diplomatik pasporta aid hissədə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – xarici işlər naziri, onun müavini, konsulluq idarəsinin rəisi, onun müavini, Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəhbəri, onun müavini, Azərbaycan Respublikasının səfirləri və baş konsulları, Azərbaycan Respublikasının səfirliklərinin və konsulluqlarının konsulluq məsələləri üzrə məsul əməkdaşları.

6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi adından:

6.0. Məcəllənin 405 (kommersiya qurumlarına münasibətdə), 430.1 (iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda), 430.2, 450.2, 460 (vergilərə münasibətdə), 461, 467 və 545-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – vergilər naziri, onun müavinləri, Nazirliyin Aparatının rəhbəri, onun müavinləri, Vergilər Nazirliyi yanında departamentlərin baş direktorları, onların müavinləri, ərazi vergilər departamentlərinin (idarələrinin) baş direktorları (direktorları), onların müavinləri, rayon vergilər şöbələrinin direktorları, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının vergilər naziri, onun müavini, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin rayon vergilər şöbələrinin rəisləri, onların müavinləri.

7. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi adından:

7.1. Məcəllənin 231.1, 469.3 (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sərhəd sığorta müqaviləsinə və Azərbaycan Yaşıl Kartı növünə münasibətdə), 479 (Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq), 480 – 505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Komitənin sədri, onun müavinləri, Komitənin Aparatının Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, onun müavini, Komitənin sisteminə daxil olan ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin və gömrük idarələrinin rəisləri və onların müavinləri;

7.2. Məcəllənin 484, 487.1.1, 487.1.2, 487.2, 487.3, 488, 490, 493, 499.1.1, 499.1.2 və 500-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Komitənin Aparatının Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin şöbə (bölmə) rəisləri, Komitənin sisteminə daxil olan ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin və gömrük idarələrinin şöbələrinin rəisləri, onların müavinləri, bölmə rəisləri, baş inspektorlar, böyük inspektorlar, müstəntiqlər və təhqiqatçılar.

8. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti adından:

8.0. Məcəllənin 566 (Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərə aid hissədə) və 578-ci maddələrində, habelə Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq Məcəllənin 575 və 577-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Xidmətin rəisi, onun müavinləri, Xidmətin Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi, onun müavini, həmin Baş İdarənin idarələrinin rəisləri, onların müavinləri, müvafiq şöbələrinin (bölmələrinin) rəisləri, baş inspektorları, regional miqrasiya idarələrinin rəisləri, onların müavinləri, həmin idarələrin müvafiq şöbələrinin (bölmələrinin) rəisləri, baş inspektorları, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, onun müavini, həmin Xidmətin müvafiq şöbələrinin (bölmələrinin) rəisləri, baş inspektorları.

9. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti adından:

9.1. Məcəllənin 321, 479 (Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq) və 572-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Xidmətin rəisi, onun birinci müavini, Əlahiddə Sərhəd Diviziyasının komandiri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi, sərhəd dəstələrinin rəisləri, Sərhəd Nəzarəti Dəstəsinin rəisi, Xidmətin Aparatının müvafiq idarəsinin rəisi, onun müavini, həmin idarənin müstəntiqləri və təhqiqatçıları;

9.2. Məcəllənin 570 və 571-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Xidmətin rəisi, onun birinci müavini, Əlahiddə Sərhəd Diviziyasının komandiri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi, sərhəd dəstələrinin rəisləri, Xidmətin Aparatının müvafiq idarəsinin rəisi, onun müavini, həmin idarənin müstəntiqləri və təhqiqatçıları.

10. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti adından:

10.0. Məcəllənin 597-ci maddəsində (Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslərə, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərə (onların vəzifəli şəxslərinə və mühafizəçilərinə) münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Xidmətin rəisi, onun müavini, Xidmətin müvafiq strukturlarının rəhbərləri (rəisləri), Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və onun müavini.

11. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti adından:

11.0. Məcəllənin 550-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Xidmətin rəisi, onun müavinləri, Feldyeger Rabitəsi İdarəsinin rəisi, onun müavini.

12. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adından:

12.0. Məcəllənin 604, 606.2, 606.3 və 607-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Xidmətin rəisi, onun müavinləri, Xidmətin yerli idarə, şöbə və bölmələrinin rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəisləri, onların müavinləri.

13. Milli Televiziya və Radio Şurası adından:

13.0. Məcəllənin 384, 385 və 428.11-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Şuranın sədri, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri.

14. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası adından:

14.1. Məcəllənin 429, 436, 472 və 598-ci (kredit təşkilatlarına, lizinq xidmətləri göstərən hüquqi şəxslərə, investisiya şirkətlərinə, investisiya fondlarına, sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçilərinə, pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələrə, lotereya təşkilatçısına, lombardlara və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslərə münasibətdə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Direktorlar Şurasının sədri, sədrin müavini, Baş icraçı direktor və onun müavinləri, Direktorlar Şurasının üzvləri, İdarə Heyətinin üzvləri (departament direktorları), idarə rəisləri;

14.2. Məcəllənin 414 – 427, 428.8, 428.9, 430.3, 430.4, 432.4 (banklara münasibətdə), 433.0.2, 435, 438.1, 439 (Palatanın fəaliyyət istiqamətlərinə uyğun olaraq), 440, 462 (bank olmayan kredit təşkilatlarına, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərə, investisiya fondlarına və onların idarəçilərinə, həmçinin sığorta, təkrarsığorta və sığorta vasitəçiliyinə münasibətdə), 463, 468, 470, 471, 473 – 476, 478 və 548-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Direktorlar Şurasının sədri, sədrin müavini, Baş icraçı direktor və onun müavinləri, Direktorlar Şurasının üzvləri, İdarə Heyətinin üzvləri (departament direktorları), idarə rəisləri, Palatanın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi.

15. Azərbaycan Respublikasının Mərkəzi Bankı adından:

15.0. Məcəllənin 433.0.1, 434, 439 (Mərkəzi Bankın fəaliyyət istiqamətlərinə uyğun olaraq) və 457-ci (bank fəaliyyəti sahəsində qiymətli metalların və qiymətli daşların uçotu, saxlanılması, mühafizəsi və dövriyyəsi qaydalarının pozulması ilə əlaqədar inzibati xətalar haqqında işlərə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Mərkəzi Bankın sədri, onun müavinləri, baş direktorları, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri, onun müavini.