25 fevral 2017, 16:00

Elnarə Məmmədovadan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident,

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yaradılması haqqında Sərəncamınız İsmayıllı şəhər 3 nömrəli uçaq  bağçasının bütün kollektivi, həmçinin burada təlim-tərbiyə alan uşaqların valideynlərini çox sevindirdi. Uşaqlarımızın keyfiyyətli ərzaq məhsulları ilə təminatı hamımızda xoş ovqat yaradıb.

Cənab Prezident, bu Sərəncamınız bir daha göstərdi ki, Siz ölkəmizin milli maraqlarını və əhalinin sağlamlığının qorunmasını həmişə üstün tutursunuz. Allah Sizi qorusun.

Hörmətlə,

Məmmədova Elnarə Elton qızı.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.