25 fevral 2017, 15:00

Zahid Hüseynov və Rəşad Quliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

“İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamınız heç şübhəsiz ki, hər bir azərbaycanlı ailəsində böyük sevinclə qarşılanıb. Bu Sərəncamınız Qarabağımıza böyük qayıdışın başlanğıcı olmaqla bərabər, xalqımızın milli ruhunu daha da yüksəltdi, torpaqlarımızın tezliklə azad olacağına inamı artırdı.

Cənab Ali Baş Komandan, bu tarixi Sərəncamınızla əlaqədar Cəbrayıl rayonundan olan məcburi köçkünləri adından Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq. Allah hər bir işinizdə köməyiniz olsun.

Hörmətlə,

Hüseynov Zahid

Quliyev Rəşad.       

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.