27 fevral 2017, 15:20

Sənan Əsədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası üçün verdiyiniz Sərəncamınıza görə Sizə öz minnətdarlığımı bildirirəm. Gün o gün olsun ki, işğaldan azad ediləcək digər kənd və qəsəbələrimizin bərpası ilə əlaqədar belə sərəncamlar imzalayasınız. Heç şübhəsiz ki, hər bir azərbaycanlı belə günlərin arzusu ilə yaşayır.

Cənab Prezident, Sizin uğurlu siyasətinizi dəstəkləyir və hər zaman Sizinlə birlikdə olduğumuzu bildiririk.

Hörmətlə,

Əsədov Sənan Nəriman oğlu

Cəbrayıl rayonunun Mahmudlu kəndindən məcburi köçkün

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.