Gerb

28 fevral 2017, 17:20

Hörmətli cənab Prezident,

Ötən ilin aprelində Azərbaycan Ordusunun düşmən təxribatlarının qarşını uğurla alması və əks həmləsi nəticəsində minlərlə hektar ərazimizin işğaldan azad edilməsinə, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin görülməsi ilə əlaqədar Sərəncamınıza görə Sizə təşəkkürümüzü bildiririk. Bu işləri ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində ilkin mərhələ hesab edirik.

Hörmətli cənab Prezident, inanırıq ki, Sizin rəhbərliyiniz ilə biz üçrəngli bayrağımızı Şuşada, Xankəndidə dalğalandıracağıq. Sizin Ali Baş Komandanı olduğunuz Azərbaycan Ordusuna növbəti qələbələr arzulayırıq.

Cəbrayıl rayonundan olan məcburi köçkünlər adından dərin hörmətlə,

Camalov Elşən Məhəmmədəli oğlu

Əmrahova Amalya Aydın qızı

Həmzəyeva Günay Yusif qızı

İsmayılova Ramilə Malik qızı və başqaları.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.