28 fevral 2017, 17:50

Səriyyə Məmmədovadan, Şamaxı, Azərbaycan

Hörmətli cənab Prezident,

Siz vaxtaşırı bölgələrə səfərlər edir, xalqın sosial problemləri ilə maraqlanır, sosial müdafiəyə ehtiyacı olan insanlara müntəzəm qayğı göstərirsiniz. Hər bir kəndlinin gələcək rifahının yaxşılaşdırılması daim Sizin diqqətinizdədir.

Cəsarətlə deyə bilərəm ki, ölkəmizə rəhbərlik etdiyiniz 14 il ərzində Siz birəsrlik iş görmüsünüz. Bu işlər özünü abadlıq-quruculuq, insanların rifahının yaxşılaşdırılması, iqtisadiyyatın inkişafı və digər sahələrdə göstərir. Bölgələrdə iqtisadiyyatın inkişafının sürətləndirilməsi, yerli məhsula olan tələbatın təmin  edilməsi məqsədilə 2016-cı il  aprelin 11-də imzaladığınız Sərəncamınızla yaradılmış “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC bu işə mühüm töhfədir. Eləcə də, həmin cəmiyyətin verdiyi ərzaqların yüksək keyfiyyətli olması Şamaxı şəhər Şəhriyar qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının kollektivini və burada tərbiyə alan uşaqların valideynlərini sevindirir.

Çox hörmətli Prezident, bütün bunlara görə şəxsən öz adımdan və kollektivimiz adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Məmmədova Səriyyə Böyükağa qızı,

Şamaxı şəhər Şəhriyar qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının müdiri.

Azərbaycan Respublikası, Şamaxı rayonu.