Gerb

04 mart 2017, 14:10

Hörmətli cənab Prezident,

Sumqayıt şəhərində aparılan abadlıq-quruculuq işlərinə, ictimai və sosial binaların, uşaq bağçalarının təmirinə, yaşıllıqların salınmasına görə Sizə dərin təşəkkürümü bildirirəm.

Doğma Azərbaycanımızın çiçəklənməsində, xarici ölkələrlə əlaqələrin inkişaf etdirilməsində və yurdumuzun haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında böyük Allah daim köməyiniz olsun.

Cənab Prezident, ölkəmizdə baş verən müsbət dəyişikliklər xalqa olan diqqətinizin nəticəsidir. Buna görə Sizə “Çox sağ olun” deyirik.

Hörmətlə,

Əliyev İntiqam İbrahim oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.