04 mart 2017, 14:05

Nigar Məmmədovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkəmizdə yaradılan sağlam mühit, yaşanan sabitlik və tərəqqi, Sumqayıt şəhərində, həmçinin bizim yaşadığımız Corat qəsəbəsində həyata keçirilən abadlıq işləri ilə əlaqədar Sizə dərin təşəkkürümü bildirirəm.

Siz ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu məharətlə davam etdirirsiniz. Bu siyasi kurs bizi zülmətdən işığa, tənəzzüldən tərəqqiyə qovuşdurmuşdur.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədova Nigar Rahib qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Corat qəsəbəsi.