Gerb

06 mart 2017, 16:15

Hörmətli cənab Prezident,

Uca Allah yaratdığı bəndələrini bəlalardan qurtarmaq üçün onlara zaman-zaman müdrik xilaskarlar göndərir. 1993-cü ildə xalqımızın üzləşdiyi çətin və təlatümlü dövrdə bu ağır və müqəddəs işi ulu öndərimiz Heydər Əliyev uğurla yerinə yetirərək xilaskarımıza çevrildi. Öz xalqı üçün göstərdiyi misilsiz xidmətlərə görə Allah Ulu Öndərimizə qəni-qəni rəhmət eləsin.

Azərbaycan xalqı çox xoşbəxtdir ki, bu gün Siz Ümummilli Liderimizin siyasətini uğurla davam etdirir, onun ölməz ideyalarını həyata keçirirsiniz. Çətinliklə üzləşən insanları darda qoymur, onlara lazımi kömək göstərirsiniz.

Elə bu yaxınlarda məni narahat edən bir məsələnin həlli ilə əlaqədar Sizə ünvanladığım müraciət müsbət həllini tapdı. Mən bir daha əmin oldum ki, Siz hər bir azərbaycanlının Prezidentisiniz.

Hörmətli cənab Prezident, mən Sizin daxili və xarici siyasətinizi həmişə dəstəkləmişəm. Şəxsən öz adımdan və ailəm adından Sizə təşəkkür edirəm. Arzu edirəm ki, işləriniz həmişə avand, yolunuz açıq olsun.

Hörmətlə,

Yusibov Köçər Şahvələd oğlu.

Azərbaycan Respublikası, Qazax rayonu, Yuxarı Salahlı kəndi.