06 mart 2017, 16:30

Hüseyn Rəhimov və İradə Rəhimovadan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident,

Bir müddət əvvəl övladımızın təhsilində yaranmış çətinliklə bağlı Sizə müraciət edərək kömək istəmişdik. Çox şadıq ki, bizi narahat edən bu problem öz müsbət həllini tapdı. Hazırda oğlumuz təhsilini uğurla davam etdirir.

Əziz Prezidentimiz, göstərdiyiniz köməyə və yüksək qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Sizin sayənizdə Vətənimizdə özümüzü xoşbəxt hiss edirik.

Allah həmişə Sizi qorusun.

Hörmətlə,

Rəhimov Hüseyn Rəhim oğlu

Rəhimova İradə Qurban qızı.

Azərbaycan Respublikası, Yevlax şəhəri.