09 mart 2017, 18:30

Həqiqət Əzizova və Azirə Əliyevadan, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ölkəmizdə səhiyyəyə və bu sahədə çalışanlara göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımızı bildiririk.

Sizin qayğınız sayəsində son illərdə respublikamızda yüzlərlə yeni tibb ocağı tikilib və ya əsaslı təmir edilib. Həmçinin xəstəxanaların maddi-texniki bazası möhkəmləndirilib, həkimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün lazımi tədbirlər görülüb. Biz hər zaman Sizin səhiyyə ilə bağlı tövsiyələrinizdən öz işimizdə yararlanmağa çalışırıq.

Cənab Prezident, Azərbaycanın ümumi inkişafına yönəlmiş fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.

Hörmətlə,

Əzizova Həqiqət Soltan qızı

Əliyeva Azirə Həbib qızı.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri