Gerb

10 mart 2017, 18:10

Hörmətli cənab Prezident,

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş milli inkişaf strategiyası əsasında doğma respublikamızın günbəgün artan nailiyyətləri hər bir azərbaycanlı kimi, biz mingəçevirliləri də hədsiz sevindirir.

Hazırda Mingəçevir şəhərində icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar xəstəxanamızda dərman təminatı yaxşılaşmış və tibbi xidmətin keyfiyyəti artmış, əmək haqqımız yüksəlmişdir. Bütün bunlara görə bir tibb işçisi kimi Sizə təşəkkür edir, bizə göstərdiyiniz diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

 

Qurbanov Şükür Alıxan oğlu.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.