11 mart 2017, 17:00

Oktay Alisgəndərovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamınız biz məhbusların və ailələrimizin böyük sevincinə səbəb oldu. 

Bizlərə şans verməklə Siz bizi yenidən azad həyata qaytarırsınız. Bu Sərəncamınızla neçə-neçə məhbus öz ailəsinə və sağlam cəmiyyətə qovuşacaq.  

Cənab Ali Baş Komandan, inanırıq ki, Sizin rəhbərliyiniz ilə doğma Qarabağımız da azad ediləcək. 

Bu humanist addımınıza görə Sizə təşəkkürümü bildirir, Uca Tanrıdan uzun ömür diləyirəm. 

Hörmətlə,

Alisgəndərov Oktay Telman oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.