Gerb

11 mart 2017, 18:15

Möhtərəm cənab Prezident, 

Mingəçevir şəhərində həyata keçirilən icbari tibbi sığortanın pilot layihəsinə görə Mingəçevir şəhər xəstəxanasının terapiya şöbəsinin kollektivi adından Sizə təşəkkür edirəm. Biz əminik ki, yeni texnologiyaların tətbiqi tibbi xidmət səviyyəsinin yaxşılaşdırılmasına, bu isə öz növbəsində ölkəmizdə inkişaf indeksinin yüksəlməsinə səbəb olacaq. Yeni texnologiyaların tətbiqi sayəsində vətəndaşlarımıza nümunəvi tibbi xidmət göstəriləcək.  

Cənab Prezident, biz anlayırıq ki, hər yeni iş çətinliklə qarşılanır. Ümidvaram ki, biz bu sınaqdan uğurla çıxacağıq. Ulu Tanrı köməyiniz olsun.  

Hörmətlə, 

Həsənov Novruz Əhməd oğlu, 

Azərbaycan Respublikasının və Rusiya Federasiyasının tibb elmləri doktoru.  

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.