13 mart 2017, 14:45

Rəşad Əhmədzadədən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Azərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında 2017-ci il 9 mart tarixli Sərəncamınız mənim üçün çox xoş xəbər və unudulmaz bayram hədiyyəsi oldu. Ömrünü milli teatrımızın inkişafına həsr edən, onun təbliğin üçün böyük sevgi ilə çalışan bu sahənin təmsilçilərindən biri kimi “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməyim məni çox qürurlandırdı.

Möhtərəm Prezident, mənə və təltif olunan bütün həmkarlarıma bu sevinci bəxş etdiyiniz görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu fəxri ad Azərbaycan incəsənətinin, milli teatrının təbliği üçün bundan sonra daha çox çalışmağıma bir stimuldur. Bir daha Sizə sonsuz təşəkkürümü və ehtiramımı çatdırıram.

Hörmətlə,

Əhmədzadə Rəşad Rüfət oğlu,

Azərbaycan Dövlət Kukla Teatrının əməkdaşı.

Azərbaycan Respublikası, Bakı şəhəri.