Gerb

14 mart 2017, 16:00

Möhtərəm cənab Prezident,

Milli mədəniyyətimizin, incəsənətimizin inkişafı və təbliğində, dünya mədəniyyətinə inteqrasiyasında, teatrların yeni dövrün tələblərinə uyğun qurulmasında Sizin xidmətləriniz danılmazdır.

Azərbaycanda Milli Teatr Günü ərəfəsində Sizin imzaladığınız Sərəncamınızla “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görüldüyümə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Sizi əmin edirik ki, Sumqayıt Dövlət Dram Teatrı bundan sonra da hər zaman yaradıcılıq uğurları ilə seçiləcəkdir.

Hörmətlə,

Həsənov İslam. 

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.