Gerb

14 mart 2017, 15:50
W1siziisijiwmtcvmdmvmtqvnwmza3a4dmh6d18wml8zxy5kuecixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=9e2b751a51e8b8cc

Prezident İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub.

Prezident İlham Əliyev Parisin Veteranlar meydanında yerləşən Ordu Muzeyinə gəldi.

Dövlət başçısını Fransanın kənd təsərrüfatı naziri, hökumətin sözçüsü Stefan Lö Fol qarşıladı.

Ordu Muzeyinin yerləşdiyi Veteranlar meydanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycanın və Fransanın dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.

Fransanın kənd təsərrüfatı naziri, hökumətin sözçüsü Stefan Lö Fol Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşdü.


Böyük ölçüdə