İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvlərini qəbul edib

15 mart 2017, 18:40
İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvlərini qəbul edib

Prezident İlham Əliyev  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldinin rəhbərlik etdikləri, Serbiyanın sabiq Prezidenti Boris Tadiçin, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanovun, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviçin, Rumıniyanın sabiq Prezidenti Emil Konstantineskunun, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdciyanın, Ərəb Liqasının sabiq baş katibi Əmr Musanın və UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannisin daxil olduqları Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan Prezident İlham Əliyev mühüm beynəlxalq tədbir – V Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə gəldiklərinə görə onlara təşəkkürünü bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan artıq beşinci dəfədir bu Foruma ev sahibliyi edəcək. Prezident İlham Əliyev bu mötəbər tədbirin müzakirələr üçün maraqlı gündəliyinin olduğunu dedi. Forum iştirakçıları arasında çox tanınmış şəxslərin olduğunu və həmin şəxslərin sayının ildən-ilə artdığını deyən dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi.

Nümayəndə heyətinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü çatdıran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa qeyd etdi ki, əsası beş il əvvəl qoyulan Bakı Forumu böyük uğurlar qazanıb. Qonaq dedi ki, Azərbaycan dövlətinin başçısının qeyd etdiyi kimi, Bakı Forumuna maraq ildən-ilə artır. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini dəstəklədiyinə görə dövlətimizin başçısına təşəkkürlərini çatdırdı. “Biz Nizami Gəncəvinin və Azərbaycanın dostlarıyıq, işimizi həvəslə görürük”, - deyən Vayra Vike-Freyberqa bundan sonra da səylərini əsirgəməyəcəklərini söylədi. Mərkəzin həmsədri dünyanın müxtəlif ölkələrini təmsil edən nüfuzlu qonaqların burada iştirak etdiklərini və Forumun səmərəli dialoqa hərtərəfli imkan yaradacağını vurğuladı.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətinin səyləri və təşəbbüslərini yüksək qiymətləndirdi, onların fəaliyyətinin Qlobal Bakı Forumu kimi geniş beynəlxalq toplantının keçirilməsinə imkan yaratdığını qeyd etdi.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10