Gerb

16 mart 2017, 12:00

Hörmətli cənab Prezident,

Sizin - Azərbaycan mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan Prezidentimizin 2017-ci il 9 mart tarixli Sərəncamı ilə bir çox teatr işçisinə Azərbaycan Respublikasının fəxri adları verildi. Çox xoşbəxtəm ki, həmin siyahıda mənim də adım var.

Cənab Prezident, Azərbaycan teatrına 40 illik xidmətimi nəzərə alaraq məni “Azərbaycan Respublikasının Əməkdar Artisti” fəxri adı ilə təltif etdiyinizə görə şəxsən öz adımdan, ailə üzvlərim və çalışdığım Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi adından Sizə dərin minnətdarlığımı bildirirəm. Söz verirəm ki, bundan sonra da doğma Azərbaycan teatrının inkişafı üçün var qüvvəmlə və səmərəli işləyəcək, zəhmətimə, istedadıma verdiyiniz dəyəri doğrultmağa çalışacağam.

Hörmətlə,

Rüstəmov Nazir Mürsəl oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.