16 mart 2017, 12:15

Təhsin Mütəllimovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Pedaqoji və elmi fəaliyyətimə yüksək qiymət verərək məni “Əməkdar elm xadimi” fəxri adı ilə təltif etdiyiniz üçün Sizə ürəkdən təşəkkür edirəm. Bu, eyni zamanda, Bakı Dövlət Universitetinə və milli elimizə olan böyük qayğının təzahürüdür. Bundan sonrakı ömrümə böyük fərəh və sevinc bəxş etdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətli cənab Prezident,      Sizə və ailənizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram. İnanıram ki, Sizin rəhbərliyiniz ilə Azərbaycanımız daha da çiçəklənəcək və dünya miqyasında uca zirvələr fəth edəcəkdir.

Hörmətlə,

Mütəllimov Təhsin, professor, AMEA-nın müxbir üzvü.

Azərbaycan Respublikası, Bakı şəhəri.