17 mart 2017, 12:40

Qiyas Əliyev və Lamiyə Məmmədovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu gün Sumqayıtın hər bir sakini şəhərimizdə həyata keçirilən abadlıq-quruculuq işlərindən, ictimai və sosial binaların dam örtüklərinin dəyişdirilməsindən, yollara yeni asfalt örtüyünün çəkilməsindən, mədəniyyət və istirahət mərkəzlərinin tikintisindən, uşaq bağçalarının əsaslı təmirindən ağız dolusu danışır. Şəhərimiz öz görkəmini dəyişir, gündən-günə gözəlləşir.

Yeni istifadəyə verilən dənizkənarı bulvarda gəzmək və burada  ailəvi istirahət etmək hər birimizə çox xoş təsir bağışlayır.

Cənab Prezident, görülən bu işlərə və biz göstərilən qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Arzu edirik ki, həyatınız həmişə firavan olsun.

Hörmətlə,

Əliyev Qiyas Hidayət oğlu

Məmmədova Lamiyə İsgəndər qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.