17 mart 2017, 13:30

M.Məmmədov və başqalarından, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu gün xalqımız çox şaddır ki, müasir müstəqil Azərbaycan Respublikasının qurucusu, ulu öndər Heydər Əliyevin müdrik siyasəti və milli inkişaf strategiyası Sizin tərəfinizdən uğurla davam etdirilir.

Biz çox sahələr kimi, səhiyyə sahəsinə və burada çalışan işçilərə ayırdığınız diqqət öz müsbət nəticələrini verir.

Hazırda Mingəçevir şəhərində icbari tibbi sığortanın tətbiqinə dair layihə həyata keçirilir. Bu layihənin icrası sayəsində xəstəxanamızda dərman təminatı yaxşılaşıb, tibbi xidmətin keyfiyyəti yüksəlib, əmək haqqımız artıb.

Cənab Prezident, insanların sağlamlığına və səhiyyə sahəsində  idarəetmənin təkmilləşdirilməsinə göstərdiyiniz diqqətə görə Sizə dərin minnətdarlığımızı bildirir, Azərbaycanın ümumi inkişafına yönəlmiş fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Məmmədov M

Aşurov Ş

Xudiyeva A

Rzayev T və başqaları (cəmi: 10 nəfər).

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.