Gerb

29 mart 2017, 19:00

Möhtərəm cənab Prezident,

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2017-ci il 17 mart tarixli Sərəncamınızı biz tərtərlilər ürəkdən alqışlayırıq.

Su həyat, təmizlik deməkdir. Buna görə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi məqsədi ilə 22 rayonun 267 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsində içməli su təchizatı sisteminin qurulması üçün verdiyiniz Sərəncam insanların ürəyincədir və əhalinin kommunal ehtiyaclarının ödənilməsinə xidmət edir.

Uzun illər idi ki, bizim rayonun əhalisi içməli su sarıdan əziyyət çəkirdi. Sizin diqqət və qayğınız sayəsində Tərtər rayon mərkəzi və ona bitişik 11 kənddə içməli su və kanalizasiya xətti çəkildi. Artıq əhali fasiləsiz olaraq içməli su ilə təmin edilir.

Cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Fəxr edirik ki, Sizin kimi qəlbi xalqla birgə döyünən Prezidentimiz var. Tanrı Sizi qorusun.

Dərin hörmət və ehtiramla,

 

Həsənzadə Rauf

Allahverdiyev Qədir

Əsədova Zəlimə

Həsənova Sofya və başqaları.

Azərbaycan Respublikası, Tərtər rayonu.