Gerb

31 mart 2017, 13:15

Möhtərəm cənab Prezident,

Azərbaycanda təhsilin inkişafı ilə əlaqədar gördüyünüz işlərə görə Sizə minnətdarlığımı bildirirəm.

Övladlarımız xoşbəxtdirlər ki, bu gün öz müstəqil ölkələrində bir-birindən yaraşıqlı və yüksək standartlara cavab verən ali təhsil müəssisələrində təhsil alırlar. Mənim dörd övladımdan üçü ali təhsilə yiyələnib. Sonuncu övladım isə ötən il Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olub. Oğlumun oxuduğu bu ali təhsil ocağında tələbələrə yaradılan şəraitdən, yüksək nizam-intizamdan, tələbkarlıqdan çox razıyıq.

Hörmətli cənab Prezident, Azərbaycan gəncləri onlar üçün yaradılan hərtərəfli şəraitə görə Sizə borcludurlar. Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə, 

Bəhrəmov Bağdad Mirbaba oğlu,

II qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Şabran rayonu.