01 aprel 2017, 11:30

Əhliman Soltanovdan, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin yürütdüyünüz daxili və xarici siyasətinizi bəyənir və dəstəkləyirik. Siz Azərbaycanı inkişaf etdirdiniz, ölkəmizi mədəniyyəti, incəsənəti və bir çox özünəməxsus xüsusiyyətləri ilə bütün dünyaya tanıtdırdınız.

Regionların sosial-iqtisadi inkişafı çərçivəsində Sabirabad rayonunun Şəhriyar kəndində avtomobil yolunun təmirinə, elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılmasına, kəndimizin qazlaşdırılmasına görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Əziz Prezidentimiz, Azərbaycan xalqına göstərdiyiniz qayğıya görə Sizə təşəkkür edir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Soltanov Əhliman.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Şəhriyar kəndi.