04 aprel 2017, 12:40

Anar Hüseynovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin apardığınız uğurlu siyasətin nəticələri hər birimizə məlumdur.

Mart ayının 28-də Saatlı rayonuna səfərinizi yüksək qiymətləndirirəm. Səfər zamanı açılışını etdiyiniz mühüm obyektlər, avtomobil yolu Sizin və doğma Azərbaycanımızın uğurudur. Regionlara səfərləriniz bir daha sübut edir ki, Sizin xalqla böyük bağlılığınız var. Kənd təsərrüfatına böyük maraq göstərməyiniz zəhmətsevərlər tərəfindən sevinclə qarşılanır.

Mənim Prezidentim, mənim fəxrim, Sizə gələcək işlərinizdə uğurlar arzu edirəm. Nə yaxşı ki, doğma Azərbaycanımıza məhz Siz rəhbərlik edirsiniz.

Hörmətlə,

Hüseynov Anar Fariz oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.