06 aprel 2017, 17:20

Möhübbət Nəsirovdan, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə göstərdiyiniz xüsusi diqqət və qayğı danılmazdır. Biz bu diqqət və qayğını daim üzərimizdə hiss edirik. Bütün xalqımız Sizi çox sevir, Sizinlə fəxr edir və vətənimiz Azərbaycan üçün göstərdiyiniz fədakarlığı alqışlayır.

Bu gün Azərbaycanda Sizin alternativiniz yoxdur. Nəinki siyasətçilərimiz, ziyalılarımız, müəllim və tələbələrimiz, hətta ən ucqar kənddə yaşayan insanlar da gələcəklərini yalnız Sizə etibar edirlər.

Biz üzləşdiyimiz problemlərin həlli, arzu və istəklərimizlə bağlı məhz Sizə müraciət edirik. Bu ilin əvvəlində Sizə ünvanladığım müraciətimdə qaldırılan məsələnin həlli ilə əlaqədar mənə lazımi kömək göstərildi.

Cənab Prezident, inanıram ki, ümummilli liderimiz Heydər Əliyevin siyasətinin, zəkasının təntənəsi olaraq Sizin rəhbərliyiniz altında Qarabağımız da azad ediləcək, millətimiz bu xoş xəbərə sevinəcəkdir. Biz sağlamlığımızı doğma Vətənimizin müdafiəsində itirsək də, bu gün də onun ərazi bütövlüyü uğrunda döyüşməyə hazırıq.

Bu xalq daim Sizin üçün dua edir. Allah Sizi qorusun.

Hörmətlə,

Nəsirov Möhübbət Heybət oğlu,

I qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Lerik rayonu, Rəzəvul kəndi.