08 aprel 2017, 13:00

İzzət Əliyevdən, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident,

Kənd təsərrüfatının dirçəldilməsi ilə bağlı atdığınız addımlar, həmçinin pambıqçılığın inkişafı məsələləri ilə bağlı Saatlı rayonunda keçirilən respublika müşavirəsində söylədiyiniz fikirlər biz kənd sakinlərində böyük ruh yüksəkliyinə səbəb olub. Sizin çıxışınızdan sonra kənd ağsaqqalları bir yerə toplaşaraq öhdəmizdə olan torpaq sahələrində əkinçiliyi inkişaf etdirməyə qərar verdik. Pay torpaq sahələrimizdən səmərəli istifadə etməklə kənd təsərrüfatı məhsullarının istehsalı  artırmağa çalışırıq.

Möhtərəm Prezident, respublika iqtisadiyyatının inkişafına göstərdiyiniz diqqət və qayğı sadə kənd zəhmətkeşləri tərəfindən yüksək qiymətləndirilir. Biz Sizin daxili və xarici siyasətinizi hər zaman bəyənir və dəstəkləyirik. 

Hörmətlə,

Əliyev İzzət Yadulla oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Təzəkənd kəndi.