11 aprel 2017, 13:40

Rövşən Muxtarovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident,

Dünyada hökm sürən qlobal maliyyə böhranına baxmayaraq, Siz ölkəmizin inkişafı və çiçəklənməsi üçün əlinizdən gələni edir, iri infrastruktur layihələrinin reallaşdırılması, insanların həyat səviyyəsinin yüksəldilməsi üçün daim yorulmadan çalışırsınız. Son illər ərzində dünyada münaqişələrin, qeyri-sabit vəziyyətin dərinləşdiyi bir vaxtda ölkəmizdə yaradılmış ictimai-siyasi sabitliyin qorunub saxlanılması, xalqımızın firavan yaşayışının təmin edilməsi Sizin uğurlu fəaliyyətinizin nəticəsidir.

Möhtərəm Prezident, bütün bunlara görə şəxsən öz adımdan və kəndimizin sakinləri adından Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Muxtarov Rövşən Fətiağa oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Güllütəpə kəndi.