18 aprel 2017, 14:00

Lyubov İvanovnadan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident,

Şirvan şəhərində yaşayan biz ruslara göstərdiyiniz diqqətə və verdiyiniz dəstəyə görə Azərbaycanın bərəkətli torpaqlarında məskən salan, buranın adət və ənənələrini əsrlər boyu yaşadan bütün ruslar adından Sizə səmimi qəlbdən minnətdarlığımızı bildiririk.

Bizim yaşadığımız şəhərdə milli ayrıseçkilik yoxdur və biz özümüzü heç vaxt qəriblikdə hiss etməmişik. Bura bizim Vətənimizdir. Biz burada yaşayır, işləyir və Sizin yürütdüyünüz siyasəti dəstəkləyirik.

Hörmətli cənab Prezident, bizim heç bir problemimiz yoxdur və buna görə Sizə minnətdarıq. Sizin qayğı və diqqətiniz milli mənsubiyyətindən asılı olmayaraq, bu ölkədə yaşayan hər kəsi əhatə edir. Biz Azərbaycanda sakit və əmin-amanlıq şəraitində yaşayır və işləyirik. Şirvan şəhərinin rus icması hər zaman Sizinlədir.

Hörmətlə,

Urmantseva Lyubov İvanovna,

Şirvan şəhəri rus icmasının sədri.

Azərbaycan Respublikası, Şirvan rayonu, Bayramlı qəsəbəsi.