18 aprel 2017, 14:05

Dünya Əhmədovadan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident,

Uşaqlarımızın keyfiyyətli ərzaqla təmin olunmasına göstərdiyiniz diqqət və qayğıya görə Sizə “Çox sağ olun” deyirik.

Qəlbləri fərəhləndirən, saf təbəssümlü uşaqların müstəqil ölkəmizdə sevinc içində yaşaması üçün həm ümummilli liderimiz Heydər Əliyev tərəfindən, həm də Sizin tərəfinizdən mühüm işlər görülüb. Son illər ərzində çoxlu sayda körpələr evi və uşaq bağçalarının əsaslı təmir olunması və yenilərinin tikilməsi, həmin müəssisələrin lazımi avadanlıqla təmin edilməsi biz valideynləri çox sevindirir.

Cənab Prezident, uşaqların və valideynlərin duaları hər zaman Sizinlədir.

Hörmətlə,

Əhmədova Dünya Hilal qızı.

Azərbaycan Respublikası, Yevlax rayonu, Yuxarı Qarxun kəndi.