19 aprel 2017, 15:10

Nurlan Hümmətovdan, Oğuz, Azərbaycan

Hörmətli cənab Prezident,

Biz çox sevinirik ki, Azərbaycanın bu günü və gələcəyi etibarlı əllərdədir. Həm iqtisadiyyatımızın şaxələndirilməsi və sürətli inkişafı, həm də insan kapitalına qoyulan sərmayə ölkəmizin gələcəyinin daha parlaq olacağına əminlik  yaradır. Eyni zamanda, gələcəyimiz olan uşaqların sağlamlığına və intellektual səviyyəsinin artırılmasına böyük diqqət göstərilməsi də dediklərimizin bariz nümunəsidir.

Möhtərəm Prezident, Sizin sərəncamınızla yaradılan “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC hazırda uşaq bağçalarının keyfiyyətli qida məhsulları ilə təmin olunmasında mühüm rol oynayır. Övladlarımıza göstərdiyiniz qayğınıza görə Sizə minnətdarıq. 

Hörmətlə,

Hümmətov Nurlan İlham oğlu.

Azərbaycan Respublikası, Oğuz rayonu, Qumlaq kəndi.