Gerb

21 aprel 2017, 20:00

Hörmətli cənab Prezidentimiz,

​Yevlax rayonunun Salahlı-Balçılı-Ağqıraq-Varvara-Cırdaxan yolu tam yararsız vəziyyətdə idi. Ətraf kəndlərdə yaşayan əhali yol sarıdan çox əziyyət çəkirdi. Sizin xeyir-duanızla açılan bu asfalt yolu biz indi qısa müddət ərzində qət edirik. 

Kəndimizin əhalisi heyvandarlıqla, əkinçiliklə məşğuldur. Becərdiyimiz məhsulları indi çox rahatlıqla bazara aparıb sata bilirik. Bu da ailələrmizin firavan dolanmasına, iqtisadi durumumuzun yaxşılaşmasına səbəb olur. 

Cənab Prezident, bizə göstərdiyiniz qayğıya görə kəndimizin bütün əhalisi adından Sizə minnətdarlığımızı bildirir, “Çox sağ olun” deyirik. 

Hörmətlə, 

Əhmədov Rəhim

Vəliyev Ağalar 

Yolçuyev Nəsrəddin

Məmmədov Kamil və başqaları. 

Azərbaycan Respublikası, Yevlax rayonu.