Gerb

22 aprel 2017, 12:40

Çox hörmətli cənab Prezident, 

Sizin imzaladığınız “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamınız və “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmanınız aqrar sahənin sürətli inkişafında yeni bir mərhələdir. Özəl sektorun daha sürətli inkişafına hesablanmış bu mühüm sənədlər fermer təsərrüfatının rəhbəri kimi mənim və kollektivimizin hədsiz sevincinə səbəb olub. Aqrar sektorun dayanıqlı inkişafı üçün qəbul edilən qərarlar ölkəmizdə bu sahəyə nə qədər diqqət və qayğı göstərildiyinin bariz nümunələridir.

Möhtərəm cənab Prezident, xüsusi qeyd etməliyəm ki, bu gün dünyada hökm sürən iqtisadi böhran şəraitində ölkəmizdə kənd təsərrüfatında çalışanlara edilən güzəştlər, qeyri-neft sektorunun inkişafı üçün yaradılan münbit  şərait, Sizin yüksək diqqət və qayğınız bu strateji sahənin davamlı inkişafını stimullaşdırır, respublikamızda balanslaşdırılmış iqtisadi mühit yaradır, Azərbaycanı ərzaq idxalçısından ixracatçısına çevirir.

Dünyada hökm sürən ağır iqtisadi böhrana baxmayaraq, Siz ölkənin kənd təsərrüfatının inkişafını, bu sahədə çalışan insanların rifah halının yüksəlməsini daim diqqətinizdə saxlayırsınız. Qeyri-neft sektorunun daha sürətli inkişafı ilə bağlı verdiyiniz qərarların sosialyönümlü olması kənd əməkçilərinin güzəranının  yaxşılaşmasına yönəlib.

Hörmətli cənab Prezident, aqrar sahənin inkişafını nəzərdə tutan yeni Sərəncam və Fərmanınız əvvəlkilərin məntiqi davamı olaraq gələcək uğurlarımızın carçısıdır. Dövlətimizin bu addımı bizi inandırır ki, ölkəmizdə aqrar sahənin inkişafında başlanan yol uğurla davam etdiriləcək. Bu dövr aqrar sahənin yeni, çiçəklənmə dövrü olacaqdır. Bu qərarlar bizi daha həvəslə işləməyə, məhsul istehsalını ildən-ilə artırmağa, ölkədə ərzaq bolluğunun yaradılmasına töhfə verməyə sövq edir.

Aqrar sahənin inkişafı və kənd təsərrüfatı sahəsində çalışanların güzəranının yaxşılaşdırılması istiqamətində gördüyünüz bütün işlərə görə şəxsən öz adımdan, rəhbərlik etdiyim kollektivin adından və Lənkəranın bütün əməksevər insanları adından Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. 

Hörmətlə,

Yaqubov Araz, fermer. 

Azərbaycan Respublikası, Lənkəran şəhəri, İstisu qəsəbəsi.